
Macarıstanda parlament seçkiləri keçirilir
Fins.az - Macarıstanda bazar günü təkpalatalı parlamentə – Dövlət Məclisinə seçkilər start götürüb.
199 yerlik parlamentə deputatlar 4 il müddətinə seçilir. Seçkilər qarışıq sistem üzrə keçirilir: 106 deputat birmandatlı dairələrdən, 93 deputat isə partiya siyahıları üzrə seçilir.
Konstitusiyaya dəyişikliklərin qəbul edilməsi üçün parlamentdə 2/3 səs çoxluğu – yəni 133 mandat tələb olunur.