
Macarıstanda anomal istilər müşahidə olunur
Fins.az - Macarıstan bu ilin ilk anomal istilik dalğası ilə üzləşib.
Meteoroloqların proqnozuna görə, yaxın günlərdə ölkənin əksər ərazilərində günəşli və quru hava şəraiti davam edəcək.
Məlumata əsasən, gündüz saatlarında temperaturun daha da yüksələcəyi və bəzi bölgələrdə 35-37 dərəcə Selsiyə çatacağı gözlənilir.
Mütəxəssislər yüksək temperaturla əlaqədar vətəndaşlara ehtiyatlı olmağı, günün ən isti saatlarında uzun müddət açıq havada qalmamağı tövsiyə edirlər.