“Lukoyl”un Rusiyadakı yanacaqdoldurma məntəqələri yeni brend altında fəaliyyət göstərəcək

“Lukoyl”un Rusiyadakı yanacaqdoldurma məntəqələri yeni brend altında fəaliyyət göstərəcək

DÜNYA
522

“Lukoyl” şirkəti “Shell” firmasının Rusiyadakı 400-dən çox yanacaqdoldurma məntəqəsini yeni brend altında işlədəcək.

Bu barədə şirkətin özündən məlumat verilib.

Şəbəkə Finlandiyaya məxsus “Teboil” brendi altında fəaliyyət göstərəcək.

Artıq yanacaqdoldurma məntəqələrinin mərhələli rebrendinqinə başlanılıb.

Qeyd edilir ki, “Shell” ilə müqavilə çərçivəsində “Lukoyl”un mülkiyyətinə keçən Tver vilayətindəki sürtkü yağları zavodu da “Teboil” brendi altında məhsullar istehsal edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Lukoyl”un Rusiyadakı yanacaqdoldurma məntəqələri yeni brend altında fəaliyyət göstərəcək — Fins.az — Fins.az