
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
Fins.az - Londonda yerləşən hökumət binasında gizli kamera aşkar edilib.
Məlumata görə, elektron cihaz son iki ay ərzində Vestminsterdə yerləşən binanın tavan panelində tapılıb.
Hadisə barədə dərhal təhlükəsizlik xidmətlərinə məlumat verilib və məsələ araşdırmaya cəlb olunub.
Rəsmilər bildiriblər ki, kameranın kim tərəfindən və hansı məqsədlə yerləşdirildiyi hazırda müəyyənləşdirilir.