London metrosunda tətil başlayıb

London metrosunda tətil başlayıb

DÜNYA
283

Fins.az - Böyük Britaniyanın paytaxtı Londonda metro sürücülərinin tətil aksiyası başlayıb.

Bu, cari həftə ərzində keçirilməsi planlaşdırılan iki tətil aksiyasından birincisidir. Növbəti tətilin iyunun 4-də keçirilməsi gözlənilir.

Tətil Dəmir Yolu, Dənizçilik və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı tərəfindən təşkil olunub. Həmkarlar ittifaqı daha intensiv dördgünlük iş qrafikinin tətbiqi planına etiraz edir.

Aksiya nəticəsində Londonun ən sıx istifadə olunan metro xətlərinin bəzilərində qatarların hərəkəti tam dayandırılıb.

Nəqliyyat rəsmiləri sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və alternativ nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
London metrosunda tətil başlayıb — Fins.az — Fins.az