London Hörmüz boğazı üzrə müttəfiqlərlə yeni danışıqlar raundu keçirəcək

London Hörmüz boğazı üzrə müttəfiqlərlə yeni danışıqlar raundu keçirəcək

DÜNYA
336

Fins.az - Böyük Britaniya gələn həftə Hörmüz boğazı ilə bağlı müttəfiqlərlə yeni danışıqlar raundu keçirəcək. Görüş ABŞ-ın iştirakı olmadan təşkil olunacaq.

Reuters agentliyinin məlumatına görə, hazırlıq prosesinə yaxın olan britaniyalı rəsmiyə istinadən bildirilib ki, görüşdə 41 ölkənin nümayəndələri iştirak edəcək. Bu, ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs elan etməsindən sonra keçirilən ilk geniş formatlı toplantı olacaq.

Yeni danışıqlar əvvəlki 2 aprel görüşündən daha aşağı səviyyədə təşkil ediləcək.

Görüşdən əvvəl çoxşaxəli işçi qrupların formalaşdırılması planlaşdırılır. Onlar praktiki həll yollarının hazırlanması üzərində işləyəcəklər. London sanksiyalar daxil olmaqla siyasi və iqtisadi tədbirləri, həmçinin Fars körfəzində bloklanan gəmilərin azad edilməsi üçün Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlığı müzakirə etməyi nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
London Hörmüz boğazı üzrə müttəfiqlərlə yeni danışıqlar raundu keçirəcək — Fins.az — Fins.az