
“Lokomotiv” yarımfinalda “Avanqard”ı məğlub edib
Fins.az - Lokomotiv Yaroslavl KHL yarımfinal seriyasının beşinci oyununda Avanqard Omsk üzərində inamlı qələbə qazanıb.
Yaroslavlda keçirilən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı üstünlüyü ilə başa çatıb. Qolları Maksim Şalunov, Aleksandr Polunin, Maksim Berezkin və Rihard Panik vurublar.
Buna baxmayaraq, seriyada ümumi hesab 3:2 olaraq Avanqard Omsknin xeyrinə qalır.
Növbəti oyun mayın 4-də Omsk şəhərində keçiriləcək.