
Lionel Messi milyarder olub
Fins.az - Lionel Messinin sərvəti 1 milyard dollara çatıb. Bu barədə Bloomberg məlumat yayıb.
38 yaşlı argentinalı futbolçu 2007-ci ildən bəri maaş və bonuslardan 700 milyon dollardan çox gəlir əldə edib.
Messi milyarder statusuna kommersiya müqavilələri, televiziya yayım gəlirləri və müxtəlif investisiyalar hesabına nail olub.
Beləliklə, o, Cristiano Ronaldodan sonra milyarder olan ikinci futbolçu kimi tarixə düşüb.
Hazırda Messi Inter Miami CF klubunda çıxış edir. Onun illik baza maaşı 25 milyon dollar, ümumi zəmanətli gəliri isə təxminən 28,3 milyon dollardır.
Müqaviləyə həmçinin klubun səhmlərində pay və Apple ilə Adidas tərəfdaşlıqlarından gəlir əldə etmək imkanı da daxildir. Messinin ümumi illik gəliri təxminən 130 milyon dollar qiymətləndirilir.