Lamborghini ən güclü seriyalı krossoveri Urus SE Performante-ni təqdim edib

Lamborghini ən güclü seriyalı krossoveri Urus SE Performante-ni təqdim edib

DÜNYA
141

Fins.az - Lamborghini Urus SE Performante modelini təqdim edib. Bu, markanın indiyədək istehsal etdiyi ən güclü seriyalı krossover hesab olunur.

Avtomobil 0-dan 100 km/saat sürətə cəmi 3,3 saniyəyə sürətlənir.

Yeni model plug-in hibrid güc qurğusu ilə təchiz edilib. Sisteminin ümumi gücü 810 at qüvvəsi təşkil edir.

Lamborghini Urus ilk dəfə 2017-ci ildə təqdim olunub. Model 2022-ci ildə yenilənərək Performante versiyasını əldə edib. 2024-cü ildə isə ailəyə plug-in hibrid Urus SE qoşulub. İndi isə şirkət bu modelin daha yüksək məhsuldarlığa malik SE Performante modifikasiyasını təqdim edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Lamborghini ən güclü seriyalı krossoveri Urus SE Performante-ni təqdim edib — Fins.az — Fins.az