
Küveyt hava məkanını qismən açıb
Fins.az - Küveyt hakimiyyəti ölkənin hava məkanını qismən açaraq iki milli aviaşirkətin uçuşlarını bərpa etməsinə icazə verib.
Qərara əsasən, “Jazeera Airways” və “Kuwait Airways” aviaşirkətləri yenidən fəaliyyət göstərə biləcək. Digər aviaşirkətlər üçün isə hava məkanı hələlik bağlı olaraq qalır.
Məlumata görə, bu addım beynəlxalq hava limanına dron və raket hücumundan sonra atılıb. Hadisə nəticəsində xəsarət alanlar olub, həmçinin hava limanının infrastrukturuna ciddi ziyan dəyib.
Hazırda Küveyt hökuməti hava nəqliyyatının təhlükəsiz şəkildə mərhələli bərpası üçün tədbirlər həyata keçirir.
Rəsmilər vəziyyətin inkişafından asılı olaraq digər aviaşirkətlər üçün də məhdudiyyətlərin yumşaldıla biləcəyini bildirirlər.