Küveyt Beynəlxalq Hava Limanında uçuşlar bərpa olunub

Küveyt Beynəlxalq Hava Limanında uçuşlar bərpa olunub

DÜNYA
158

Fins.az - Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətlərdən sonra fəaliyyətini bərpa edib.

Məlumata görə, raket hücumları ilə əlaqədar dayandırılmış aeronaviqasiya xidmətləri yenidən əvvəlki qaydada həyata keçirilir və hava limanında uçuşların qəbulu və yola salınması davam etdirilir.

Hadisə bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda baş verib. ABŞ Mərkəzi Komandanlığının məlumatına əsasən, ABŞ qüvvələrinin Hörmüz boğazı istiqamətində hərəkət edən dörd pilotsuz uçuş aparatını məhv etməsindən sonra İran tərəfindən Bəhreyn və Küveyt istiqamətində yeddi raket buraxılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Küveyt Beynəlxalq Hava Limanında uçuşlar bərpa olunub — Fins.az — Fins.az