Kubada turizm böhranı dərinləşir: elektrik və yanacaq çatışmazlığı

Kubada turizm böhranı dərinləşir: elektrik və yanacaq çatışmazlığı

DÜNYA
317

Fins.az - Kubada turizm sektoru ciddi geriləmə ilə üzləşib. Fevral ayında ölkəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 56% azalıb.

Məlumata görə, turistik bölgələrin əksəriyyətində fəaliyyət dayanıb və bir çox obyektlər bağlanıb.

Ölkə uzun illərdir iqtisadi çətinliklər və ABŞ sanksiyalarının təsiri ilə üzləşsə də, hazırkı vəziyyət daha da ağırlaşıb. Yerli sakinlər və turizm sektorunun nümayəndələri bildirirlər ki, elektrik və yanacaq çatışmazlığı gündəlik həyatı və turizmi ciddi şəkildə iflic edib.

Bəzi mənbələr vəziyyətin hətta COVID-19 pandemiyası dövründən də pis olduğunu qeyd edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kubada turizm böhranı dərinləşir: elektrik və yanacaq çatışmazlığı — Fins.az — Fins.az