Krit sahillərində güclü zəlzələ baş verib

Krit sahillərində güclü zəlzələ baş verib

DÜNYA
241

Fins.az - Yunanıstanın Krit adası yaxınlığında Aralıq dənizində güclü zəlzələ qeydə alınıb.

Məlumata görə, yeraltı təkanların maqnitudası 5,7 olub. Zəlzələnin episentri İraklion şəhərindən təxminən 85 kilometr cənub-şərqdə, adanın cənub sahilindən isə 16–17 kilometr məsafədə yerləşib. Hadisə Moskva vaxtı ilə saat 06:19-da baş verib.

Seysmoloqlar zəlzələni episentrdə hiss olunan gücünə görə “çox güclü” kimi qiymətləndiriblər. Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi isə yeraltı təkanların maqnitudasını 5,8 olaraq açıqlayıb.

Hazırda dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Krit sahillərində güclü zəlzələ baş verib — Fins.az — Fins.az