
Kristin Laqard AMB-dən vaxtından əvvəl ayrılacağını istisna etməyib
Fins.az - Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard 2027-ci ilin oktyabrında başa çatacaq səlahiyyət müddətindən əvvəl vəzifəsini tərk edə biləcəyini istisna etməyib.
“Les Échos” qəzetinə müsahibəsində Laqard bildirib ki, hazırkı mərhələdə Yaxın Şərqdə davam edən müharibənin yaratdığı iqtisadi qeyri-müəyyənlik şəraitində AMB-yə rəhbərlik etməyin böyük əhəmiyyət daşıdığını düşünür.
Onun sözlərinə görə, avrozonada qiymət sabitliyinin qorunması üçün “Avropa Mərkəzi Bankı gəmisinin kapitanı öz yerində qalmalıdır”.