Kosmosda fırlanan ulduzların “ölümü” ilə bağlı parıltı müşahidə olunub

Kosmosda fırlanan ulduzların “ölümü” ilə bağlı parıltı müşahidə olunub

DÜNYA
299

Fins.az - Astronomlar kosmosda nəhəng, fırlanan ulduzların “ölümü” ilə müşayiət olunan parıltını müşahidə ediblər. Lomonosov adına Moskva Dövlət Universitetinin məlumatına görə, güclü qamma-şüa partlayışından sonra optik parıltı MASTER qlobal robot teleskop şəbəkəsinin Argentinada yerləşən MASTER-OAFA teleskopu vasitəsilə əldə olunub. FERMI kosmik teleskopu hadisəni ilk aşkarlayan rəsədxana olub. Qamma-şüa partlayışları kainatdakı ən parlaq hadisələr hesab olunur və çox nəhəng ulduzların “ölümünə” səbəb olur. Bu cür nadir hadisələr kainatın ən ucqar nöqtələrindən görünür və kosmik rəsədxanalar tərəfindən aşkar edildikdən sonra yerüstü teleskoplarla optik parıltı müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...