Konqoda “Ebola”dan ölənlərin sayı 452-yə çatıb

Konqoda “Ebola”dan ölənlərin sayı 452-yə çatıb

DÜNYA
134

Fins.az - Konqo Demokratik Respublikasında “Ebola” virusuna yoluxanların sayı 1460 nəfərə çatıb. Xəstəlik nəticəsində indiyədək ən azı 452 nəfər həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkədə “Ebola” virusunun müalicəsi üçün iki preparatın klinik sınaqlarına başlanıldığını açıqlayıb.

ÜST-ün Baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, klinik sınaqlarda iştirak edən bütün xəstələr tam tibbi xidmətlə təmin olunacaqlar.

Onun sözlərinə görə, hazırda xəstəliyə səbəb olan Bundibuqyo virusuna qarşı təsdiqlənmiş müalicə üsulu və ya peyvənd mövcud deyil.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Konqoda “Ebola”dan ölənlərin sayı 452-yə çatıb — Fins.az — Fins.az