
Konqoda “Ebola”dan ölənlərin sayı 304 nəfərə çatıb
Fins.az - Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan həyatını itirənlərin sayı son 24 saat ərzində 13 nəfər artaraq 304 nəfərə çatıb.
Bu barədə Konqonun Rabitə və Media Nazirliyi gündəlik məlumat bülletenində bildirib.
Məlumata əsasən, virusa yoluxanların sayı da artaraq 1155 nəfərə yüksəlib. Bu göstərici əvvəlki günlə müqayisədə 37 nəfər çoxdur.
Hazırda xəstəlikdən ölüm göstəricisi 26,3 faiz təşkil edir.