Konqoda “Ebola” virusundan ölənlərin sayı 473-ə çatıb

Konqoda “Ebola” virusundan ölənlərin sayı 473-ə çatıb

DÜNYA
155

Fins.az - Konqo Demokratik Respublikasında “Ebola” virusu nəticəsində həyatını itirənlərin sayı 473 nəfərə yüksəlib.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 1500 yoluxma halı təsdiqlənib. Hazırda 628 nəfər xəstəxanada müalicə alır, 11 min 300-dən çox şəxs isə tibbi nəzarət altındadır. Eyni zamanda, 213 nəfərin sağaldığı bildirilir.

“Ebola” epidemiyası rəsmi olaraq mayın 15-də Konqonun Uqanda və Cənubi Sudanla həmsərhəd olan İturi əyalətində elan edilib. Daha sonra virus Şimali Kivu və Cənubi Kivu əyalətlərinə yayılıb.

Epidemiya qonşu Ugandaya da keçib. Burada 20 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, iki nəfər isə həyatını itirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Konqoda “Ebola” virusundan ölənlərin sayı 473-ə çatıb — Fins.az — Fins.az