
Konqoda Ebola virusuna yoluxanların sayı 1 203 nəfərə çatıb
Fins.az - Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxmuş təsdiqlənmiş şəxslərin sayı 1 203 nəfərə yüksəlib.
Rəsmi məlumata görə, son 24 saat ərzində təsdiqlənmiş yoluxma hallarının sayı daha 48 nəfər artıb.
Virusdan həyatını itirənlərin sayı isə gün ərzində 17 nəfər artaraq 321 nəfərə çatıb.
Hazırda xəstəlik üzrə ölüm göstəricisi 26,6 faiz təşkil edir.
Səhiyyə qurumları epidemiyanın qarşısını almaq üçün müşahidə, diaqnostika və profilaktik tədbirləri davam etdirirlər.