Konqoda Ebola qızdırmasından ölənlərin sayı 245-ə çatıb

Konqoda Ebola qızdırmasından ölənlərin sayı 245-ə çatıb

DÜNYA
154

Fins.az - Konqo Demokratik Respublikasında Ebola qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 245-ə yüksəlib.

Bu barədə ölkənin səhiyyə naziri Samuel Roje Kamba İturi vilayətinin inzibati mərkəzi olan Bunia şəhərində keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, hazırda ölkədə 933 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Xəstəlikdən ölüm göstəricisi 26 faiz təşkil edir.

Hazırda 416 nəfər stasionar müalicə alır, 80 xəstə isə sağalaraq tibb müəssisələrini tərk edib.

İturi vilayəti mövcud Ebola epidemiyasının əsas ocağı hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Konqoda Ebola qızdırmasından ölənlərin sayı 245-ə çatıb — Fins.az — Fins.az