
Konor Makqreqor UFC-yə qayıdış döyüşündə məğlub olub
Fins.az - Keçmiş UFC çempionu Konor Makqreqor uzun fasilədən sonra keçirdiyi ilk döyüşdə amerikalı Maks Holloueyə məğlub olub.
Las Veqasda təşkil olunan UFC 329 turnirinin əsas qarşılaşmasında yarımorta çəki dərəcəsində baş tutan döyüş ilk raundda başa çatıb. Makqreqor uğursuz eniş nəticəsində zədə aldıqdan sonra Hollouey texniki nokautla qalib elan edilib.
37 yaşlı irlandiyalı döyüşçü üçün bu, peşəkar karyerasında 22 qələbə fonunda 7-ci məğlubiyyət olub. O, UFC-yə beş illik fasilədən sonra qayıtmışdı.
34 yaşlı Maks Hollouey isə bu qələbə ilə karyerasında 28-ci qələbəsini qazanıb. Onun hesabında həmçinin 9 məğlubiyyət var.