
Kolumbiyada kömür mədənində partlayış: 9 nəfər ölüb
Fins.az - Kolumbiyanın Kundinamarka departamentində yerləşən kömür mədənində qaz yığılması nəticəsində partlayış baş verib.
Hadisə La Siscuda mədənində qeydə alınıb. Nəticədə 9 mədənçi həyatını itirib, 6 nəfər isə yaralanıb.
Məlumata görə, Kolumbiyanın Milli Mədən Agentliyi daha əvvəl – aprelin 9-da aparılan yoxlama zamanı ərazidə qaz yığılması faktını aşkar etmişdi.
Qurum mədən sahiblərinə ventilyasiya sisteminin yaxşılaşdırılması və tozlanmaya nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələr vermişdi. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.