Kiyevdə matəm günü elan edilib

Kiyevdə matəm günü elan edilib

DÜNYA
181

Fins.az - Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə həyata keçirilən genişmiqyaslı hava hücumundan sonra şəhərdə matəm günü elan edilib.

Məlumata görə, hücum zamanı yüzlərlə pilotsuz uçuş aparatı və onlarla raketdən istifadə olunub. Nəticədə azı 18 nəfər həlak olub, onlarla insan yaralanıb.

Hücum zamanı bir neçə yaşayış binası dağılıb, Kiyevin mərkəzində çoxsaylı partlayışlar baş verib.

Hadisədən sonra minlərlə sakin təhlükəsizlik məqsədilə bomba sığınacaqlarına və metro stansiyalarına üz tutub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kiyevdə matəm günü elan edilib — Fins.az — Fins.az