
Keçmiş “Formula-1” pilotu Salo Taylandda hücuma məruz qalıb
Fins.az - Keçmiş “Formula-1” pilotu Mika Salo Taylandın Bangkok şəhərində hücuma məruz qalıb və bıçaq yarası alıb.
Hadisə 19 may tarixində baş verib.
Salo sosial şəbəkədə yazıb ki, o, otelə qayıdarkən ayağında yüngül zərbə hiss edib. Təxminən 50 metr getdikdən sonra bir şəxs ona ayağından qan axdığını deyib.
O, dərhal taksi ilə xəstəxanaya gedib və həkimlər tərəfindən əzələsinə 8 tikiş, dərisinə isə 20 tikiş qoyulub. Salo hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.