Kazan Qlobal Gənclər Sammitinə ev sahibliyi edəcək

Kazan Qlobal Gənclər Sammitinə ev sahibliyi edəcək

DÜNYA
432

Fins.az - Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda 5-ci Kazan Qlobal Gənclər Sammiti keçiriləcək.

Tədbir 26-30 avqust tarixlərini əhatə edəcək və təxminən 40 ölkədən 300-dən çox nümayəndəni bir araya gətirəcək.

Təşkilatçılar bildirib ki, sammitdə iştirak üçün müraciətlər iyunun 10-dək qəbul olunur.

2026-cı il sammitinin əsas mövzusu “Qlobal dəyişiklik dövründə təhsil: Davamlı inkişaf üçün insan resursları” olacaq.

Proqram çərçivəsində təhsil texnologiyaları, süni intellekt, gələcəyin peşələri, istedadların inkişafı, mədəni kimlik və beynəlxalq tərəfdaşlıq mövzularında müxtəlif tematik sessiyalar keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kazan Qlobal Gənclər Sammitinə ev sahibliyi edəcək — Fins.az — Fins.az