
Kazan Marafon-2026-da rekord sayda ölkənin idmançıları iştirak edəcək
Fins.az - Kazan Marafon-2026-a 30 xarici ölkə və Rusiyanın 84 regionundan idmançılar qeydiyyatdan keçib. Marafon 1-3 may tarixlərində Tatarıstan paytaxtında keçiriləcək.
Maraqlıdır ki, bu, yarışın rekord göstəricisidir. Qeydiyyat hələ də davam edir və 20 aprelədək açıqdı.
Bir ay əvvəldən iştirakını təsdiqləyən ölkələr arasında Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Almaniya, Türkiyə, Norveç, Ermənistan, Malayziya, Gürcüstan, İsrail, Serbiya, Finlandiya, Cənubi Afrika, Yaponiya, Filippin, Rumıniya, Portuqaliya, Puerto-Riko, Çin, İspaniya, Belçika, Bosniya və Herseqovina, Braziliya, Böyük Britaniya, Macarıstan, Mərakeş, Meksika, Niderland və Qətər yer alır.