
Kanadada müdafiə və təhlükəsizlik üçün yeni beynəlxalq bank yaradılır
Finss.az - Kanadada müdafiə və təhlükəsizlik sahələrinin maliyyələşdirilməsi üçün yeni beynəlxalq bankın yaradılması istiqamətində mühüm addım atılıb.
Ölkənin Maliyyə Nazirliyi bildirib ki, Monrealda keçirilən çoxtərəfli danışıqlar nəticəsində Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) nizamnaməsi üzrə razılaşma əldə olunub.
Qeyd edilib ki, bu qurum uzunmüddətli və güzəştli maliyyə dəstəyi təqdim edərək müdafiə və təhlükəsizlik sahəsində layihələrin həyata keçirilməsinə kömək edəcək. Bank xüsusilə təchizat zənciri boyunca maliyyə çatışmazlıqlarını aradan qaldırmağa yönələcək.
Yeni institutun həm kiçik və orta biznes subyektlərinə, həm də iştirakçı ölkələrin hökumətlərinə dəstək verməsi planlaşdırılır.