Kalinin AES-in 4-cü enerji bloku planlı təmirə dayandırılacaq

Kalinin AES-in 4-cü enerji bloku planlı təmirə dayandırılacaq

DÜNYA
341

Fins.az - Kalinin Atom Elektrik Stansiyasında dördüncü enerji blokunun planlı təmir üçün dayandırılacağı açıqlanıb.

Məlumata görə, stansiyanın Rosenergoatom konserninə daxil olan müəssisədə 2026-cı il ərzində üç enerji blokunda planlı təmir işləri həyata keçiriləcək.

Təmir kampaniyası çərçivəsində ilk olaraq mayın 9-da 4-cü enerji blokunun fəaliyyəti dayandırılacaq. Bu proses nüvə yanacağının yenilənməsi ilə yanaşı, avadanlıqların etibarlılığının artırılması və sistemlərin modernləşdirilməsini əhatə edir.

Qeyd olunur ki, bu cür planlı təmir işləri atom elektrik stansiyalarının təhlükəsiz və stabil fəaliyyətini təmin etmək üçün mütəmadi şəkildə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kalinin AES-in 4-cü enerji bloku planlı təmirə dayandırılacaq — Fins.az — Fins.az