Jeep-in yeni flaqman yolsuzluq avtomobilinin ilk görüntüləri yayılıb

Jeep-in yeni flaqman yolsuzluq avtomobilinin ilk görüntüləri yayılıb

DÜNYA
98

Fins.az - Jeep markasının yeni flaqman yolsuzluq avtomobili ilə bağlı ilk görüntülər təqdim olunub.

Məlumata görə, Stellantis konserni 2030-cu ilədək bir neçə yeni qlobal model hazırlamağı planlaşdırır. Bu layihələrdən biri də Çin şirkəti Dongfeng ilə birgə hazırlanacaq iri ölçülü Jeep yolsuzluq avtomobilidir.

Hazırda markanın flaqmanı Grand Wagoneer modelidir. Lakin satışların gözlənilən səviyyədə olmaması səbəbindən onun gələcəyi qeyri-müəyyən olaraq qalır. Yeni modelin gələcəkdə Grand Wagoneer-i əvəz edə biləcəyi ehtimal olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Jeep-in yeni flaqman yolsuzluq avtomobilinin ilk görüntüləri yayılıb — Fins.az — Fins.az