
Jeep Wagoneer S satış zəifliyi səbəbilə yenidən işlənməyə göndərilib
Fins.az - Stellantis konserninə daxil olan Jeep markası elektrik krossoveri Wagoneer S modelini yenidən təkmilləşdirməyə göndərib.
ABŞ bazarında gözlənilən satış nəticələrini əldə edə bilməyən model 2026-cı model ilini buraxacaq, lakin 2027-ci ildə yenilənmiş versiya ilə geri qayıdacaq.
Jeep Wagoneer S ilk dəfə 2022-ci ildə konsept olaraq təqdim olunmuş, seriyalı versiyası isə 2024-cü ilin yazında debüt etmişdi. 2025-ci ilin fevralında modelin ilkin komplektasiyası olan Wagoneer S Limited də satışa çıxarılmışdı.
Bununla belə, elektrik krossoverin ABŞ bazarında satışları zəif qalır və bu da istehsalçını model üzərində əlavə təkmilləşdirmələr aparmağa məcbur edib.