İtalyan Antonelli Çin Qran-Prisini qazandı

İtalyan Antonelli Çin Qran-Prisini qazandı

DÜNYA
278

Fins.az - İtalyan sürücü Mercedes komandası üçün çıxış edən 19 yaşlı Andrea Kimi Antonelli Çin Qran-Prisinin əsas yarışında qalib gəlib. Bu, Antonellinin karyerasında Formula-1-də ilk qələbəsidir.

İkinci yeri komanda yoldaşı britaniyalı George Russell, üçüncü yeri isə Ferrari sürücüsü britaniyalı Lewis Hamilton tutub.

Cari F1 çempionu, McLaren komandasında çıxış edən britaniyalı Lando Norris isə maşınındakı problemlər səbəbindən yarışa başlaya bilməyib.

Növbəti yarış 27–29 mart tarixlərində Yaponiyada keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İtalyan Antonelli Çin Qran-Prisini qazandı — Fins.az — Fins.az