İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb

İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb

DÜNYA
267

İtaliyanın şimal-şərqindən keçən Alp dağlarının Valtellina vadisində 280 milyon il əvvələ aid fosil ekosistem aşkarlanıb.

Finss.az xəbər verir ki, mütəxəssislər incə dənəli qumdaşı plitələrində fosilləşmiş bütöv bir ekosistemin 280 milyon il ərzində Alp dağlarının zirvəsində gizli qaldığını bildiriblər. İqlim dəyişikliyi ilə əlaqədar qar və buzlaq örtüyünün azalması bu daşlaşmış çöküntülərin aşkarlanmasına səbəb olub.

Orobie Parkında, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə aşkarlanan bu tapıntılar Milanın Təbiət Tarixi Muzeyində keçirilən mətbuat konfransında ilk dəfə nümayiş etdirilib.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb — Fins.az — Fins.az