İtaliya və Çin üç illik fəaliyyət planı imzalayacaq

İtaliya və Çin üç illik fəaliyyət planı imzalayacaq

DÜNYA
252

İtaliyanın Baş naziri Corca Meloni Çinlə “yeni əməkdaşlıq formalarının həyata keçirilməsinə” yönəlmiş üç illik fəaliyyət planı imzalamaq üçün razılıq əldə etdiyini açıqlayıb.

Fins.az xəbər verir ki, bu barədə ANSA Meloninin Pekində rəsmi səfəri zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Baş nazirin iki ölkənin sahibkarlarının forumunda iştirak etdiyi vurğulanıb.

“Bu biznes forum tərəfdaşlığımızı gücləndirmək, güclü və zəif tərəflərimizi qiymətləndirmək, nəyin bəhrə verdiyini, nəyin vermədiyini başa düşmək üçün mühüm və dəyərli fürsətdir və bu bizə bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda daha səmərəli ticarət əlaqələri qurmağa imkan verəcək”, – o qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İtaliya və Çin üç illik fəaliyyət planı imzalayacaq — Fins.az — Fins.az