İtaliya AVRO-2032-ni itirə bilər

İtaliya AVRO-2032-ni itirə bilər

DÜNYA
323

Fins.az - İtaliya 2032-ci il futbol üzrə Avropa çempionatına ev sahibliyi hüququnu itirmək riski ilə üz-üzədir. Bu barədə UEFA prezidenti Aleksandr Çeferin açıqlama verib.

Onun sözlərinə görə, əsas problem ölkədəki stadionların və ümumilikdə futbol infrastrukturunun zəif vəziyyətdə olmasıdır. Çeferin bildirib ki, İtaliya bu problemlərin səbəblərini araşdırmalı və onları aradan qaldırmalıdır. Əks halda, turnirin ölkədə keçirilməsi mümkün olmayacaq.

Qeyd edək ki, AVRO-2032-nin İtaliya ilə yanaşı Türkiyədə də təşkil olunması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İtaliya AVRO-2032-ni itirə bilər — Fins.az — Fins.az