
İsveçdə uzunmüddətli işsizlik artır
Fins.az - İsveç Statistika İdarəsinin (SCB) açıqladığı məlumatlara görə, ölkədə uzunmüddətli işsizlik artım göstərib.
Son bir ildə 27 həftədən çox işsiz qalan insanların sayı 19 min nəfər artaraq təxminən 171 minə çatıb. Bu göstərici ümumi işsizlərin təxminən 36%-ni təşkil edir.
Ümumi işsizlik səviyyəsi isə 8,8%-ə yüksəlib ki, bu da təxminən 510 min nəfərin işsiz olduğunu göstərir. Eyni zamanda, azı 12 ay işsiz qalanların sayı 151 min 570 nəfər olub.
Təhlillərə görə, 55–66 yaş arası insanlar uzunmüddətli işsizlik baxımından ən həssas qrup sayılır və bu yaş qrupunda işsizlik müddəti gənclərlə müqayisədə daha uzun olur.