
İsveçdə pensiya yaşından sonra işləyənlərin sayı artır
Fins.az - İsveçdə pensiya yaşına çatmış şəxslərin əmək fəaliyyətini davam etdirməsi getdikcə daha geniş yayılır.
Məlumata görə, 65–74 yaş aralığında olan təxminən 232 min nəfər ötən il işləməyə davam edib ki, bu da rekord göstərici hesab olunur.
Ekspertlər bu artımı yalnız pensiya yaşının yüksəldilməsi ilə deyil, həm də insanların daha uzun müddət sağlam və aktiv qalması ilə izah edirlər. Bir çox yaşlı şəxs sosial və peşəkar həyatda iştirakını davam etdirmək istədiyi üçün işləyir, bəziləri isə maliyyə səbəblərinə görə bunu zəruri hesab edir.
Eyni zamanda, 67 yaşdan sonra tətbiq olunan vergi güzəştləri işləməyi daha sərfəli edir. Kişilər əsasən kənd təsərrüfatı və biznes sahələrində, qadınlar isə qayğı və səhiyyə sektorunda fəaliyyət göstərirlər.