
İsveç vətəndaşlıq qaydalarını sərtləşdirib
Fins.az - İsveç parlamenti ölkə vətəndaşlığının alınması qaydalarını sərtləşdirən yeni qanun qəbul edib.
Yeni qaydalara əsasən, vətəndaşlıq üçün müraciət edən şəxslər İsveçdə ən azı 8 il yaşamalıdırlar. Bu, əvvəlki tələblərlə müqayisədə 3 il daha çoxdur.
Bundan əlavə, 16 yaşdan yuxarı müraciət edənlər üçün vətəndaşlıq imtahanı tətbiq ediləcək. İmtahan İsveç dili və cəmiyyət biliklərini yoxlayacaq.
Yeni qaydalarda gəlirlə bağlı tələblər də yer alır. Müraciət edən şəxsin illik gəliri ən azı 241,8 min İsveç kronu (təxminən 22 min ABŞ dolları) olmalıdır.
Qanun 6 iyundan etibarən qüvvəyə minəcək və hətta əvvəlki illərdə müraciət edənlərə də şamil ediləcək.
Sənəd parlamentdə 258 səs lehinə, 33 səs əleyhinə olmaqla qəbul edilib. 58 deputat isə səsvermədə iştirak etməyib.