İsveç məhkum olunmuş suriyalıların deportasiyası üçün addımlar atır

İsveç məhkum olunmuş suriyalıların deportasiyası üçün addımlar atır

DÜNYA
416

Fins.az - İsveç hökuməti müxtəlif cinayətlərə görə məhkum edilmiş 155 suriyalının deportasiyası istiqamətində tədbirlər görür.

Miqrasiya naziri Yohan Forssel bildirib ki, sənədləşmə və şəxsiyyətin təsdiqlənməsi kimi məsələlərin müzakirəsi üçün Suriya nümayəndə heyətinin yaxın zamanda Stokholma səfəri gözlənilir.

Nümayəndə heyəti İsveçin miqrasiya xidməti və polis orqanları ilə görüşərək prosesin təşkilini müzakirə edəcək.

Nazirin sözlərinə görə, deportasiya olunmalı şəxslərin əksəriyyəti ağır cinayətlər törədib. Lakin onların geri qayıtmaqdan imtina etməsi və qəbul edən ölkənin razılığının tələb olunması prosesi çətinləşdirir.

Hökumət bu məqsədlə əlaqələrin qurulması üçün əlavə maliyyə vəsaiti də ayırıb və əməkdaşlığı gücləndirmək üçün müxtəlif beynəlxalq mexanizmləri nəzərdən keçirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveç məhkum olunmuş suriyalıların deportasiyası üçün addımlar atır — Fins.az — Fins.az