
İsveç ilk hərbi kəşfiyyat peykini orbitə çıxarıb
Fins.az - İsveç ilk dəfə olaraq hərbi kəşfiyyat məqsədli süni peykini kosmosa buraxıb.
Peykin buraxılışı Vandenberg Space Force Base bazasından həyata keçirilib və əməliyyat SpaceX tərəfindən icra olunub.
Məlumata görə, buraxılış təxminən 10 dəqiqə davam edib və peykin təxminən bir ay ərzində planlaşdırılan orbitə yerləşəcəyi gözlənilir.
Anders Sundeman bildirib ki, indiyədək ölkənin silahlı qüvvələri əsasən müttəfiqlərdən və ya kommersiya peyklərindən əldə edilən görüntülərdən istifadə edirdi. Yeni peyk isə İsveç-in kəşfiyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.