İsveç enerji içkilərinin gənclər üçün təhlükəli olduğunu bildirib

İsveç enerji içkilərinin gənclər üçün təhlükəli olduğunu bildirib

DÜNYA
493

Fins.az - İsveçin Milli Ərzaq Agentliyi enerji içkilərinin uşaqlar və yeniyetmələrin sağlamlığı üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Qurum 16 yaşdan kiçik şəxslərə gündəlik kofein qəbulunu 70 milliqramla məhdudlaşdırmağı tövsiyə edib. Altı yaşdan kiçik uşaqlara isə kofeindən tamamilə uzaq durmaq məsləhət görülüb.

Toksikoloqlar bildiriblər ki, bazarda olan enerji içkilərinin əksəriyyətində kofein miqdarı yüksəkdir və yeniyetmələr üçün təhlükəsiz hesab olunan həddi aşır.

Ekspertlərin sözlərinə görə, İsveçdə enerji içkilərinin gənclər arasında sürətlə populyarlaşması yeni tövsiyələrin hazırlanmasına səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsveç enerji içkilərinin gənclər üçün təhlükəli olduğunu bildirib — Fins.az — Fins.az