
İsraildə çaqqal 9 istirahətçini dişləyib
Fins.az - İsraildə Kinneret gölü sahilində çaqqal düşərgə zamanı 9 nəfərə hücum edərək onları dişləyib.
Xilasedici xidmətin məlumatına görə, 7 nəfər, o cümlədən 12 yaşlı bir qız yüngül xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib, daha 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparılır və ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.