
İspaniyada isti hava səbəbindən rekord sayda ölüm qeydə alınıb
Fins.az - İspaniyada may ayında müşahidə olunan həddindən artıq isti hava nəticəsində 101 nəfər həyatını itirib.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, bu göstərici 2015-ci ildən etibarən aparılan statistika tarixində may ayı üçün ən yüksək rəqəmdir.
Bildirilib ki, cari ilin may ayında qeydə alınan ölüm halları son on ildə həmin ay üzrə orta göstəricidən 3,6 dəfə çoxdur.
Rəsmilər erkən başlayan isti hava dalğalarının yay mövsümü başlamazdan əvvəl belə insanların sağlamlığı üçün ciddi risk yaratdığını vurğulayıblar.
Mütəxəssislər xüsusilə yaşlı şəxslərə, xroniki xəstələrə və açıq havada çalışan insanlara ehtiyatlı olmağı, günün ən isti saatlarında günəş altında uzun müddət qalmamağı tövsiyə edirlər.