İspaniya Əlcəzairdən qaz tədarükünü artırmaq istəyir

İspaniya Əlcəzairdən qaz tədarükünü artırmaq istəyir

DÜNYA
508

İspaniya Əlcəzairdən qaz tədarükünün artırılmasını istəyir. Bu barədə tərəflər arasında aparılan danışıqlarda razılıq əldə olunub, AZƏRTAC “Bloomberg-Şərq” agentliyinə istinadla xəbər verir.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Əlcəzairə səfəri zamanı bildirib ki, ölkəsi Əlcəzairlə neft-qaz əlaqələrinin dərinləşdirilməsi barədə razılığa gəlib və tədarük həcmlərinin artırılması da nəzərdə tutulub.

Əlcəzair İspaniyanın əsas qaz tədarükçüsü olaraq “Medgaz” boru kəməri vasitəsilə qaz nəql edir. Bu boru kəmərinin gündəlik gücü 32 milyon kubmetrdir. Hər iki ölkə adı çəkilən xəttin tam gücü ilə işləməsinə çalışır ki, bu da tədarük həcmlərinin təxminən 10 faiz artması deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İspaniya Əlcəzairdən qaz tədarükünü artırmaq istəyir — Fins.az — Fins.az