İş və biznes qurmaq üçün ən yaxşı ölkələr - SİYAHI

İş və biznes qurmaq üçün ən yaxşı ölkələr - SİYAHI

DÜNYA
943

İş və biznes üzrə dünyanın ən yaxşı yerlərinin adı açıqlanıb.

Fins.az məlumatına görə, siyahı İsveçrə İdarəetmə İnkişafı İnstitutu (IMD) tərəfindən tərtib edilib.

Birinci yer ötən ildən dəyişməyib - reytinqə Sinqapur liderlik edib.

Danimarka, İsveçrə, Hollandiya və Honkonq ilk beşliyə daxil olub. Siyahını İsveç, Norveç, Kanada, BƏƏ və ABŞ davam etdirib.

Qonşu dövlətlərdən Türkiyə 46-cı, Rusiya 50-ci yeri tutub.

Reytinqdə sonuncu yerdə Venesueladır.

Reytinq müəllifləri dörd əsas göstəriciyə - iqtisadi vəziyyət, hökumətin, eləcə də biznesin səmərəliliyinə və infrastruktur vəziyyətinə diqqət yetiriblər. Onlar lokal və beynəlxalq statistikadan istifadə ediblər, habelə müxtəlif sahələrdə şirkət rəhbərləri ilə görüşüblər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İş və biznes qurmaq üçün ən yaxşı ölkələr - SİYAHI — Fins.az — Fins.az