
İrina Viner Dünya Gimnastika Federasiyasının fəxri üzvü seçilib
Fins.az - Rusiyanın bədii gimnastika üzrə keçmiş baş məşqçisi İrina Viner Beynəlxalq Gimnastika Federasiyasının (World Gymnastics) fəxri üzvləri sırasına daxil edilib.
Viner bu qərarı həyatının işinə verilmiş yüksək qiymət kimi dəyərləndirib və təşəkkürünü bildirib. O qeyd edib ki, bu uğuru ölkəsi və yetirmələri ilə bölüşür.
İrina Viner 2001–2025-ci illərdə Rusiya yığmasına rəhbərlik edib. Onun rəhbərliyi altında yetişən gimnastlar Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr və medallar qazanıblar.