
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
Fins.az - İraq Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının yenidən uçuşlar üçün açıldığını elan edib.
Məlumata görə, ölkənin bütün hava limanlarında uçuşlar bərpa olunub.
Qurumun yaydığı bəyanatda bildirilib ki, hava hərəkəti təsdiqlənmiş əməliyyat prosedurlarına uyğun şəkildə davam etdiriləcək.
Rəsmi açıqlamaya əsasən, aviasiya təhlükəsizliyinin təmin olunması üçün nəzarət tədbirləri gücləndirilib.