İran və Rusiya ticarətdə dollar əvəzinə milli valyutadan istifadə edəcəklər

İran və Rusiya ticarətdə dollar əvəzinə milli valyutadan istifadə edəcəklər

DÜNYA
327

İranın rəsmi agentliyi İRNA-nın İran Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iki ölkənin mərkəzi bankı prezidentləri arasında Rusiyada keçirilən görüşdə dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma əldə olunub.

Fins.az xəbər verir ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyuta ilə əməliyyatlar aparmaq üçün SWIFT-dən başqa banklararası sistemlərdən də istifadə edə bilərlər.

İran və Rusiya 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə öz milli valyutalarından istifadə etməyi planlaşdırdıqlarını açıqlayıblar.

İran lideri Ayətullah Əli Xamenei 2022-ci il iyulun 19-da Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə dollardan qlobal ticarətdən imtina edilməli olduğunu bəyan edərək, “Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır” deyib. dedi.

Putin isə ABŞ-ın dolları təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını qeyd edərək, İran və Rusiyanın ticarət əlaqələrində öz milli valyutalarından istifadənin yollarını hazırladığını bildirib.

İran dekabrın 25-də Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişi imzalayıb.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İran və Rusiya ticarətdə dollar əvəzinə milli valyutadan istifadə edəcəklər — Fins.az — Fins.az