
İran Prezidenti sabah Pakistana səfər edəcək
Fins.az - Məsud Pezeşkian sabah Pakistana rəsmi səfər edəcək.
Həbib Abbasinin məlumatına görə, səfər təxminən bir gün davam edəcək və bir sıra diplomatik və iqtisadi məsələləri əhatə edəcək.
Səfərin əsas məqsədləri arasında əvvəlki görüşlərdə əldə olunan razılaşmaların icrasına nəzarət, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yer alır.
Bundan əlavə, İran tərəfi ABŞ və İran arasında vasitəçilik səylərinə görə Pakistan rəhbərliyinə təşəkkürünü də çatdırmağı planlaşdırır.