
İngiltərədə qatar qəzasında xəsarət alanların sayı 100-ə çatıb
Fins.az - Birləşmiş Krallıqın Bedford yaxınlığında baş verən qatar qəzası nəticəsində bir nəfər ölüb, 100 nəfər isə xəsarət alıb.
Məlumata görə, hadisə iyunun 19-da Korbi şəhərindən hərəkət edən sərnişin qatarının Nottingem istiqamətindən gələn digər qatarla toqquşması nəticəsində baş verib.
Polis bildirib ki, qəza zamanı qatar maşinisti həlak olub.
Yaralananlardan 28 nəfər xəstəxanaya yerləşdirilib. Onların 9-nun vəziyyətinin ağır olduğu qeyd edilir.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.