İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlər mükafatlandırılacaq

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlər mükafatlandırılacaq

DÜNYA
145

Fins.az - İngiltərədə sakinləri daha aktiv həyat tərzinə təşviq etmək məqsədilə Milli Səhiyyə Xidməti yeni proqram həyata keçirəcək.

BBC-nin məlumatına görə, gələn ilin əvvəlindən başlayacaq təşəbbüs çərçivəsində hər gün təxminən 30 dəqiqə piyada gəzən iştirakçılar müxtəlif mükafat və güzəştlər əldə edəcəklər.

“Bir ayda marafon” adlı proqram iştirakçıları ay ərzində ümumilikdə 42 kilometr, yəni bir marafon məsafəsi qədər piyada yol qət etməyə həvəsləndirəcək.

İştirakçılar gündəlik yürüşlərini mobil telefon və ya ağıllı saat vasitəsilə qeydə ala, həmçinin məlumatları xüsusi onlayn platformaya yükləyə biləcəklər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlər mükafatlandırılacaq — Fins.az — Fins.az